AZ

Sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ

Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Gədəbəy, Göygöl, Samux, Zərdab, Sabirabad, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq, şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq, şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Seçilən
24
49
Ajans.az

10Mənbələr