Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Macron ilə hava hücumundan müdafiə sahəsində əməkdaşlıq və Ukraynanın müdafiə imkanlarının gücləndirilməsini müzakirə edib.
Bu barədə Zelenski teleqram kanalında paylaşım edib. O bildirib ki, Fransa raket hücumundan müdafiə sahəsində əməkdaşlığa hazırdır.
“Biz həmçinin Rusiyanın hücumlarının dəf edilməsi üzrə imkanlarımızın gücləndirilməsini müzakirə etdik. Hava Hücumundan Müdafiə sistemimizin gücləndirilməsinə göstərdiyiniz hazırlığa görə təşəkkür edirəm”, – Zelenski qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, tərəflər həmçinin Ukraynanın Avropa İttifaqına inteqrasiyası və yaxın vaxtlarda danışıqlar üzrə bütün klasterlərin açılması məsələlərini də müzakirə ediblər.