Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Əmrah Həsənli: Hazırkı yanaşmada “bir bal” tələbənin illərlə qazandığı haqqı əlindən alır.
"Təhsil Tələbə Krediti Fondu ilə bağlı ciddi bir problem var və bu məsələ artıq yenidən müzakirəyə çıxarılmalıdır".
Bu barədə Sherg.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli məlumat verib.
Ekspert bildirib ki, tələbəyə illərlə “yaxşı oxu, yüksək nəticə göstər, güzəşt qazan” mesajı verilir. Amma praktikada ortaya tam əks mənzərə çıxır:

"Tələbə 4 il yüksək nəticə göstərir, ortalamaları 91-92-95 olur, sadəcə bir kursda və ya bir semestrdə 90 bal olduğu üçün bütün güzəşt mexanizmindən kənarda qalır. Bu nə qədər ədalətlidir? Bir bal fərqinə görə illərlə göstərilən əziyyətin, akademik nəticənin və zəhmətin görməzdən gəlinməsi doğru yanaşma deyil. Əgər məqsəd tələbəni motivasiya etməkdirsə, bu sistem motivasiya yox, narazılıq yaradır. Ən absurd məqam isə budur ki, qiymətləndirmə ümumi akademik göstəriciyə görə yox, bir detal üzərindən aparılır. Halbuki tələbənin ümumi GPA göstəricisi, illər üzrə nəticələri və davamlı uğuru əsas götürülməlidir".
Ə. Həsənli qeyd edib ki, bu fond sosial dəstək və təhsilə çıxış üçün yaradılıbsa, mexanizmlər də sosial ədalət prinsipi üzərində qurulmalıdır:
"Təəssüf ki, hazırkı yanaşmada “bir bal” tələbənin illərlə qazandığı haqqı əlindən alır. Bu qaydalara yenidən baxılmalıdır. Çünki təhsil sistemində ən təhlükəli məqamlardan biri gənclərdə “necə oxusan da fərqi yoxdur” düşüncəsini formalaşdırmaqdır".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.