AZ

Kurban Berdıyev: “Hakimliyə görə belə oldu”

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının XXXII turunun "Şamaxı" – "Turan Tovuz" oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– İlk hissədə yaxşı oynamadıq. Hakim barədə sual verməyin, danışmayacağam. İkinci hissədə daha aqressiv oynadıq və hesabı bərabərləşdirdik. Amma təəssüf ki, sonra yenə qol buraxdıq.

– Avrokuboklara vəsiqəni təmin etməyiniz futbolçulara təsir göstərdi?

– Müəyyən mənada, hə. Çünki ilk hissədə diqqətsizlik var idi. İkinci hissədəki oyuna görə futbolçulara təşəkkür etdim, gedişatı dəyişə bildik. Qol buraxmasaydıq, daha yaxşı olardı.

– Müdafiəçilərin epizodlara gec reaksiya verməsi nə ilə bağlı idi?

– İlk hissədəki oyuna görə razılaşmaq olar. Amma rəqib futbolçular da aqressiv idi. Bəzən ikinci topların götürülməsində də gecikdik. Fasilədən sonra çatışmazlıqları aradan qaldıra bildik.

– İki komandanın da aqressiv oyunu nədən qaynaqlanırdı?

– Hakimliyə görə belə oldu.

– Nəzərdə tutduğunuz transferlər var, ya axtarışdasınız?

– Axtarışlarımız davam edir, yekun nəticə yoxdur.

– Neçə transfer istəməyinizlə bağlı rəhbərliklə danışmısınız?

– Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
4
sport24.az

5Mənbələr