Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 32-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri matçdan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 2:3 hesablı məğlubiyyət barədə bunları söyləyib:
""Oyuna pis başladıq. İkinci hissədə qollar vurduq, hesabı bərabərləşdirdik. Təəssüf ki, qələbə topunu vura bilmədik, üstəlik qapımızda qol görüb uduzduq. Rəqibin aqressiv oyununu da qeyd etməliyəm. Hakimlər haqda isə danışmayacağam. Transferlərə gəlincə, axtarışlarımız davam edir. Neçə transfer edəcəyik? Bu, bizim nə qədər keyfiyyətli oyunçu tapacağımızdan asılı olacaq".
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.