AZ

Zelenski Makronla Ukraynanın raketdən müdafiə sistemini müzakirə etdi

BAKI, 16 may. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, liderlər Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə ediblər.

"Rusiyanın şəhər və qəsəbələrimizə hücumlarını prinsipial şəkildə pislədiyinə görə Emmanuelə təşəkkür etdim. Bu hücumlar Rusiyanın mahiyyətinivə hamımızın bütün təhdidlərə qarşı kollektiv müdafiəmizi gücləndirməli olduğumuzu açıq şəkildə göstərir. Fransa raketdən müdafiə üzərində işləməyə hazırdır. Bu, qətiyyətli qərardır və vacib bir addımdır. Həmçinin, Rusiya hücumlarını dəf etmək imkanlarımızı hazırda gücləndirməyi müzakirə etdik" - Zelenski bildirib.

O əlavə edib ki, hava hücumundan müdafiə sistemini gücləndirməkdə Fransa Ukraynaya dəstək olur: "Fransa Ukraynanı dəstəkləyir və bu addımın bütün ukraynalılar üçün nə qədər vacib olduğunu başa düşür. Emmanuel mənə Afrika ölkələrinə səfəri barədə məlumat verdi. Bu istiqamətdə birgə koordinasiyanın vacibliyini müzakirə etdik, çünki bu, Ukrayna üçün də az əhəmiyyət kəsb etmir. Yaxın gələcəkdə əlaqələrimiz barədə razılığa gəldik", - deyə Ukrayna prezidenti yazıb.

Seçilən
101
2
teleqraf.com

3Mənbələr