AZ

Rusiya MN: Hava hücumları qarşısı alındı, yüzlərlə dron məhv edildi

BAKI, 16 may. TELEQRAF

Rusiya hava hücumundan müdafiə qüvvələri son sutkada Ukraynaya məxsus 353 dron və 12 idarəolunan aviasiya bombasını vurub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, müharibənin başlanğıcından bəri ümumilikdə 671 təyyarə, 284 helikopter, 146 873 PUA, 661 zenit-raket kompleksi, 29 326 tank və digər zirehli texnika, 1 720 reaktiv yaylım atəşi sistemi, 34 949 artilleriya qurğusu və minaatan, eləcə də 61 727 xüsusi hərbi texnika məhv edilib.

Seçilən
28
teleqraf.com

1Mənbələr