AZ

DƏHŞƏTLİ ANLAR: Avtomobili insanların üzərinə sürdü - Çoxlu sayda yaralı var - FOTOLAR

İtaliyanın Modena şəhərinin mərkəzində avtomobil bir qrup insana çırpılıb.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində 12 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

"Bu gün günorta saatlarında Modenanın mərkəzindəki Via Emiliya küçəsində yüksək sürətlə hərəkət edən avtomobil Larqo Porta Bolonya meydanındakı piyadalara çırpılıb və mağazanın vitrininə dəyərək dayanıb", – deyə "Il Giornale" nəşri məlumat yayıb.

İlkin məlumatlara görə, xəsarət alanlardan birinin hər iki ayağı amputasiya olunub. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.

Yerli mətbuatın yaydığı məlumata görə, sükan arxasında olan 31 yaşlı Tunis əsilli sürücünün indiyədək qanunla heç bir problemi olmayıb. Qəza zamanı xəsarət alan sürücü hadisə yerindən qaçıb. O, qaçmağa çalışarkən onu saxlamaq istəyən bir nəfəri də bıçaqlayıb. Buna baxmayaraq, polis yerli sakinlərin köməkliyi ilə şübhəlini yaxalaya bilib. Şəhərin meri Massimo Mezzetti cinayətkarın saxlanılmasında köməklik göstərən hər kəsə təşəkkürünü bildirib.

Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr