AZ

ADPU nun Quba filialında akademik heyət və tələbələr beynəlxalq təcrübə və liderlik təliminə cəlb olunub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Quba, 16 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında akademik heyət və tələbələr üçün “IB Liderlik zəkaları vasitəsilə parlaq gələcəyə doğru istiqamətləndirmək” mövzusunda beynəlxalq səviyyəli təlim təşkil olunub. Təlim Azərbaycan Avropa Məktəbinin CEO və direktoru, həmçinin CCAAIBWS-in sədri Françesko Bankini tərəfindən keçirilib.

Filialdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlim zamanı beynəlxalq təhsil sistemində liderlik anlayışı, IB təhsil modelinin müasir çağırışlara uyğun tətbiqi, gənclərin analitik düşünmə, qərarvermə və komandada işləmək bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ətraflı təqdimat nümayiş olunub. Təlim çərçivəsində iştirakçılar liderlik zəkalarının formalaşdırılması, qlobal vətəndaşlıq düşüncəsinin təşviqi, XXI əsr bacarıqları və akademik mühitdə motivasiya strategiyaları barədə geniş məlumat əldə ediblər.

İnteraktiv və müzakirələrlə zəngin keçən təlim zamanı tələbə və müəllim heyəti tərəfindən qonağa müxtəlif suallar ünvanlanıb, beynəlxalq təhsil təcrübələri ətrafında fikir mübadiləsi aparılıb. Təlim iştirakçıları xüsusilə müasir təhsil sistemində yaradıcı yanaşma, fərdi inkişaf və akademik liderlik mövzularına böyük maraq göstəriblər.

Təlimin sonunda xüsusi fəallığı ilə seçilən əməkdaş və tələbələrə Françesko Bankininin müəllifi olduğu kitablar hədiyyə olunub.

Müxbir - Elxan Yusifli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
azertag.az

1Mənbələr