AZ

III Çarlz DJ-likdə əlini sınadı

Böyük Britaniya kralı III Çarlz monarx üçün qeyri-adi olan bir rolda özünü sınayıb.

Publika.az xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

Britaniya kralı aktyor İdris Elba ilə birlikdə Bukingem sarayının bağında dicey pultunun arxasına keçib. Keçirilən sosial tədbirdə Elbadan başqa bir çox tanınmış qonaqlar da iştirak edib.

Aktyor bildirib ki, o, qonaqlıq başlamazdan əvvəl gənclərin musiqili teatrında kral ilə görüşüb və onunla söhbət edib. Elba krala vaxtilə özünün də bu teatrda çıxış etdiyini söyləyib, III Çarlz isə cavabında bu axşam dicey olmağa çalışacağını deyib.

Seçilən
7
publika.az

1Mənbələr