HƏMAS silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının komandiri İzzəddin əl-Həddadın (Əbu Süheyb) İsrail hücumu zamanı öldüyünü rəsmən təsdiqləyib.
Turkustan.az xəbər verir ki, hərəkatın sözçüsü Hazem Qassem video açıqlamasında bildirib ki, əl-Həddad uzun illər “işğala qarşı mübarizə aparmış önəmli fiqurlardan biri” olub.
Qassem qeyd edib ki, HƏMAS onun ölümü ilə bağlı Fələstin xalqına, ərəb və İslam dünyasına başsağlığı verir və “müqavimət yürüşü”nün davam edəcəyini vurğulayıb.
O əlavə edib ki, əl-Həddad “Fələstin dağları arasında bir dağ olaraq qalacaq” və onu Məhəmməd Deyf və Yəhya Sinvar kimi HƏMAS-ın önəmli simaları ilə bir sırada qiymətləndirib.
Aytən Yaşar/ Turkustan.az