AZ

"Mançester Siti" "Çelsi"ni məğlub edərək İngiltərə Kubokunu qazanıb

"Mançester Siti" İngiltərə Kubokunun finalında "Çelsi"ni 1:0 hesabı ilə məğlub edib.

"Report"un məlumatına görə, matç Londondakı "Uembli" stadionunda baş tutub.

Matçda yeganə qolu Antuan Semenyo 72-ci dəqiqədə vurub.

"Mançester Siti" səkkizinci dəfə yarışın qalibi olaraq, ən çox titul qazanan komandalar arasında "Çelsi", "Liverpul" və "Tottenhem"lə eyni səviyyədə üçüncü yerə yüksəlib. İngiltərə Kubokunu ən çox "Arsenal" (14) və "Mançester Yunayted" (13) qazanıblar.

Qeyd olunur ki, bu, "Mançester Siti"nin ardıcıl dördüncü finalıdır.

Seçilən
42
2
far.az

3Mənbələr