AZ

Karapetyanın tərəfdarları müdafiə nazirinin maşınını mühasirəyə aldı - VİDEO

Ermənistanın müdafiə naziri Suren Papikyanın iştirak etdiyi təşviqat səfəri zamanı Lori vilayətinin Metsavan kəndində gərgin anlar yaşanıb.

Musavat.com xəbər verir ki, iş adamı Samvel Karapetyanın tərəfdarları Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasının nümayəndələrinin hərəkət etdiyi yolu bağlayaraq “Samvel, Samvel” şüarları səsləndiriblər.

Məlumata görə, məzuniyyətdə olmasına baxmayaraq mühafizəçilərlə hərəkət edən Suren Papikyan avtomobildən etirazçılara müraciət edərək onların hərəkətlərinin cinayət məsuliyyəti yaratdığını bildirib və polisə yolu açmağı tapşırıb.

Daha sonra Ermənistan polisi Taşir icmasından 10 nəfərin saxlanıldığını açıqlayıb. Yol açıldıqdan sonra Papikyanın tərəfdarları ilə birlikdə “Nikol baş nazirdir” şüarı səsləndirdiyi qeyd olunur.

Qeyd edilir ki, hakim qüvvə tərəfindən təşviqat üçün məhz Lori vilayətinin Taşir bölgəsindən olan Suren Papikyanın göndərilməsi diqqət çəkib.

Musavat.com

Seçilən
46
musavat.com

1Mənbələr