AZ

Londonda keçirilən etiraz aksiyaları zamanı 31 nəfər saxlanılıb

BAKI, 16 may. TELEQRAF

Londonda keçirilən etiraz aksiyalarında 31 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə London polisinin mətbuat xidməti bildirib.

"Hər iki etiraz aksiyası üçün mitinqlər davam edir. İndiyə qədər bütün əməliyyat zamanı 31 nəfər saxlanılıb", - deyə bildirilib.

Qeyd edilib ki, ümumilikdə heç bir ciddi hadisə qeydə alınmayıb.

Qeyd edək ki, mayın 16-da Londonda "Unite the Kingdom" ("Krallığı birləşdirin") şüarı altında vətənpərvərlik yürüşü və Fələstinə dəstək aksiyası keçirilir.

Seçilən
40
teleqraf.com

1Mənbələr