AZ

İtaliyada sürətlə hərəkət edən maşın piyada qrupuna çırpılıb, ağır yaralananlar var

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İtaliyanın Modena şəhərində faciəli hadisə baş verib: yüksək sürətlə hərəkət edən avtomobil şəhərin mərkəzində piyada qrupuna çırpılıb. Qəza sonrası sürücü avtomobildən çıxaraq yoldan keçənlərin üzərinə bıçaqla hücum etməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, hadisə Via Emilia Centro küçəsində baş verib. İlkin məlumata görə, hücum nəticəsində ən azı 12 nəfər xəsarət alıb, onların bir neçəsi ağır vəziyyətdədir. Hadisə yerinə dərhal çoxsaylı təcili yardım maşınları göndərilib, ağır yaralıların təxliyəsi üçün helikopter xidməti cəlb olunub. Bu barədə İtaliyanın "La Repubblica" nəşri məlumat verib.

Hadisə şahidləri dəhşət içində baş verəni təsvir edirlər. Onların sözlərinə görə, avtomobil mərkəzi küçədə saatda təxminən 160 km sürətlə hərəkət edərək insanların üstünə çırpılıb. Hadisədən sonra sürücü maşını dayandırıb, avtomobildən çıxaraq sağ qalan piyadalara və köməyə gələnlərə bıçaqla zərbələr endirməyə çalışıb.

Zərərçəkənlərdən qaçmağa çalışan sürücü polis tərəfindən tez bir zamanda saxlanılıb. Hücum edən 30 yaşlı kişi olub və artıq həbs edilib. Hadisə baş verən ərazi hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınaraq hücumun səbəbləri araşdırılır.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
bizimyol.info

1Mənbələr