AZ

“Bavariya”dan darmadağın

Almaniya Bundesliqasının 2025/2026 mövsümünün 34-cü və son turunda Münhen “Bavariya”sı “Köln” üzərində 5:1 hesablı qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki, bu nəticə ilə Münhen təmsilçisi Almaniya çempionatında mövsüm ərzində vurulan qollar üzrə yeni rekorda imza atıb.

Cari mövsümdə Bavariya baş məşqçi Vençan Kompani rəhbərliyi altında ümumilikdə 122 qol vurub. Əvvəlki rekord da məhz “Bavariya”ya məxsus idi — 1971/1972 mövsümündə Münhen klubu 101 qol vurmuşdu.

34 turdan sonra “Bavariya” 89 xalla çempionluğu təmin edib. İkinci yeri 73 xalla Dortmund “Borussiya”sı, üçüncü pilləni isə 65 xalla “Leyptsiq” tutub.

Seçilən
46
90deqiqe.az

1Mənbələr