Xabi Alonso İngiltərə Premyer Liqasında məşqçi kimi fəaliyyət göstərəcək.
90deqiqe.Az-ın “RMC Sport”a istinadən məlumatına görə, Alonso “Çelsi” ilə prinsipial razılığa gəlib.
Mənbənin bildirdiyinə görə, ispan mütəxəssis London təmsilçisi ilə ən azı iki illik müqavilə imzalayacaq. Onun yay transfer dönəmində klubun işində fəal iştirak edəcəyi də qeyd olunur.
Xabi Alonso təxminən bir il əvvəl "Real Madrid"in baş məşqçisi təyin olunmuş, lakin komandanı 7 aydan bir qədər artıq müddət çalışdırdıqdan sonra vəzifəsini tərk etmişdi.
Hazırda “Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Komanda son olaraq İngiltərə Kubokunun finalında “Mançester Siti”yə 0:1 hesabı ilə məğlub olub.
Hazırda London klubunu müvəqqəti olaraq Kallum Makfarlen çalışdırır. O, Liam Rosenyorun istefasından sonra komandanın sükanı arxasına keçib.