Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiya ilin sonuna qədər Donbası tam nəzarət altına almağı planlaşdırır və buna görə də hələlik sülh sazişi imzalamağı düşünmür.
Bizimyol.info xəbər verir ki, bu barədə Vladimir Putinin son telefon danışığında birbaşa olaraq Donald Trampa bildirdiyi iddia olunur. Ukraynalı jurnalist Yuliya Zabelina Vaşinqtondakı mənbələrinə istinad edərək bunu açıqlayıb.
Jurnalist öz mənbələrinə əsaslanaraq bildirib ki, Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiven Vitkoff Kiyevə səfər etməyiblər, çünki onlar yalnız Donbasın Rusiyaya verilməsini təklif edə bilirlər, amma Kiyev buna qəti etiraz edir.
“Vaşinqtondakı mənbələrdən birinin mənə dediyinə görə, bu danışıqlar heyətinin Ukrayna üçün başqa heç bir həlli yoxdur, yalnız Donbas məsələsini Rusiyaya təklif etmək var. Rusiya isə buna təzyiq göstərir. Başqa heç bir ideya yoxdur”, – deyə Zabelina bildirib.
Onun sözlərinə görə, Kuşner və Vitkoff əgər Kiyevə səfər etsələr belə, bu, danışıqlar üçün deyil, sadəcə Ukraynalılara dəstək məqsədilə simvolik bir jest olacaq.
Zabelina həmçinin iddia edir ki, ABŞ hökuməti Rusiyaya yeni sanksiyaların tətbiqi ideyasından vaz keçməyib, çünki Vaşinqton Moskvanın müharibənin dayandırılması üçün hazır olmadığına inanmır.
“Bunu təsdiqləyən faktlardan biri Putin və Tramp arasında yaxınlarda baş tutmuş telefon danışığıdır. Putin demişdi: "Donald, ilin sonuna qədər ukraynalılarla saziş gözləmə". Rusiyalı rəsmi şəxslər, ordu və kəşfiyyat Putini inandırırlar ki, ilin sonuna qədər Donbası ələ keçirə bilərlər və o zaman Ukrayna ilə danışıq tamamilə başqa cür olacaq”, – deyə jurnalist əlavə edib.
Ukrayna mətbuatının məlumatına görə, mənbələr Putinin 2026-cı ilin payızına qədər Donbası tam nəzarət altına almağı planlaşdırdığını bildirir.
Kreml isə yalnız Donbasla kifayətlənməyi düşünmür. Mənbələr Putinin Donetsk vilayətini ələ keçirdikdən sonra Ukraynadan əlavə güzəştlər tələb edə biləcəyini, özünün isə bir addım belə geri çəkilməyəcəyini deyirlər. Moskva Xerson və Zaporojye vilayətlərində iddialar qaldıra bilər.
Eyni zamanda, Kreml Odessanı və Kiyevi işğal etməklə bağlı “maksimum plan”dan da vaz keçməyib.
Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.