AZ

Avtosisternin iştirakı ilə ağır qəza 6 nəfər həlak olub

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hindistanın Karnataka ştatında azı altı nəfər, o cümlədən bir uşaq və 3 qadın ağır yol qəzası nəticəsində həlak olub.

Avtosfer.az bu barədə "Trend"ə  istinadən xəbər verir.

Məlumata görə, cümə günü axşam saatlarında avtosistern yüksək sürətlə içində sərnişinlərin olduğu nəqliyyat vasitəsinə çırpılıb. Toqquşma nəticəsində sərnişinlərin olduğu traktor, körpüdən yerə aşıb.

Qeyd olunur ki, qurbanlar yerli məbədə yollanan zəvvarlar olub. Onların Bellari dairəsinin sakinləri olduğu bildirilir.

Nəqliyyat vasitəsinin idarəolunması zamanı etinadızlığa və bir neçə nəfərin ölümünə səbəb olduğuna görə avtosisternin sürücüsü həbs olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
avtosfer.az

1Mənbələr