AZ

47 illik araşdırma bitdi Orqanizmin çökməyə başladığı yaş məlum oldu

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsveçdəki Karolinska İnstitutunun alimləri 47 il davam edən genişmiqyaslı araşdırmanın nəticələrini açıqlayıb. Journal of Cachexia, Sarcopenia and Muscle jurnalında yayımlanan nəticələrə görə, insan bədəninin fiziki geriləməyə başladığı dəqiq yaş müəyyənləşib.Demokrat.az xəbər verir ki, ütəxəssislər 1970-ci illərdən bəri eyni insan qrupunu 16 yaşından 63 yaşına qədər mütəmadi nəzarətdə saxlayıblar. Onilliklər boyu aparılan ölçümlər göstərir ki, insanın fiziki performansı, əzələ gücü və dözümlülüyü 35 yaşdan etibarən azalmağa başlayır. Bu yaş həddi orqanizmin bioloji zirvədən enişə keçdiyi kritik dönəm hesab olunur. Tədqiqatın ən diqqətçəkən tərəfi odur ki, bu geriləmə insanın keçmişdəki idman vərdişlərindən asılı olmayaraq baş verir.Araşdırma rəhbəri Mariya Vesterstal bildirir ki, 35 yaşda başlayan enişi tam dayandırmaq mümkün olmasa da, hərəkətli həyat tərzi bu prosesi əhəmiyyətli dərəcədə ləngidir.

Yetkinlik yaşında aktiv idmanla məşğul olmağa başlayanlarda fiziki tutumun 10 faizə qədər artdığı müşahidə edilib. Alimlər qocalmanın əzələ və sümük sisteminə təsirlərini daha dərindən öyrənmək üçün həmin iştirakçıları 68 yaşında yenidən müayinə etməyi planlaşdırır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
75
demokrat.az

1Mənbələr