AZ

Tanınmış baş məşqçi iş yerini dəyişmək istəmir - Rəhbərliklə yola getməsə də

“Napoli”nin baş məşqçisi Antonio Konte növbəti mövsümdə də komandada qala bilər.

Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis Neapol təmsilçisində qalmağa daha çox meyillidir. Klubun onu saxlamaq üçün səylər göstərdiyi bildirilir.

Konte rəhbərliklə münasibətlərdə gərginlik yaşamasına baxmayaraq, komandada qalmağa razılaşa bilər. Ancaq yekun qərar onun klub prezidenti Aurelio De Laurentislə şəxsi görüşündən sonra veriləcək.

“Napoli” ötən mövsüm İtaliya A Seriyasının çempionu olub. Ancaq bu mövsüm titulu qoruyub saxlaya bilməyəcək.

Son iki tura 70 xalla turnir cədvəlinin 2-ci pilləsində daxil olan komanda mövsümü gümüş medalla başa vurmağa yaxındır.

Seçilən
65
sportinfo.az

1Mənbələr