AZ

3,5 illik uğursuzluq dalğası

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu komandada keçirdiyi üç il yarım ərzində heç bir rəsmi kubok qazana bilməyib.

Publika.az xəbər verir ki, Səudiyyə təmsilçisi çıxdığı 14 çempionluq finalının hər birində məğlubiyyətlə üzləşib.

Mayın 16-da keçirilən Asiya Çempionlar Liqası 2-nin finalında klub Yaponiyanın "Qamba Osaka" komandasına 0:1 hesabı ilə uduzub. Ronaldunun klub səviyyəsində sonuncu rəsmi kubok qazanmasından 1823 gün keçir; o, sonuncu dəfə 2021-ci ilin mayında "Yuventus"un heyətində İtaliya Kubokunun qalibi olub.

Bu, son günlər ərzində "Əl-Nəsr"in əldən verdiyi ikinci kubok şansıdır. Belə ki, mayın 12-də komanda "Əl-Hilal" ilə heç-heçə oynayaraq Səudiyyə Ərəbistanı çempionatını vaxtından əvvəl qazanmaq imkanını əldən verib, lakin klub hələ də titul qazanmaq şansını qoruyub saxlayır.

Seçilən
69
publika.az

1Mənbələr