AZ

İsraildə müdafiə şirkətinin sınağı güclü partlayışa səbəb olub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 may, AZƏRTAC

İsrailidə baş verən güclü partlayışın dövlətə məxsus müdafiə şirkəti “Tomer” tərəfindən planlaşdırılan bir təcrübə olduğu ortaya çıxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətə istinadla "The Times of Israel" qəzeti məlumat yayıb. Hadisə Yerusəlimin kənarında yerləşən Beyt-Şemeş şəhəri yaxınlığında baş verib. "Raket və raket mühərrikləri hazırlayan “Tomer” şirkəti verdiyi açıqlamada partlayışın əvvəlcədən planlaşdırılmış bir təcrübə olduğunu bildirib", - deyə məlumatda bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
2
azertag.az

4Mənbələr