Bakı, 17 may, AZƏRTAC
Albaniya Respublikasının Baş nazirinin müavini xanım Albana Koçiu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.
Müxbir: Mehrac Ağasiyev
Foto: Orxan Kərimov