ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Psixoloqlar gündəlik ünsiyyətdə tez-tez işlədilən bəzi ifadələrin əslində nankorluq və emosional manipulyasiya əlaməti olduğunu üzə çıxarıblar. Araşdırmalara görə, mütəxəssislər xüsusilə münasibətlərdə gərginliyə yol açan dörd əsas cümləyə qarşı xəbərdarlıq edirlər.Bu tip insanlar çox vaxt "Sənin heç kimin yox idi, mən yanında oldum" kimi ifadələrlə qarşı tərəfdə süni günahkarlıq hissi yaratmağa çalışırlar. Psixoloqlar hesab edir ki, edilən yaxşılığı mütəmadi olaraq xatırlatmaq münasibətlərdə səmimiyyəti itirir və tərəflər arasında emosional təzyiqə çevrilir.Bundan əlavə, daim çatışmazlıqlara fokuslanan, müsbət nəticələri görməzdən gəlib yalnız narazılıq edən şəxslərin də manipulyasiyaya meylli olduğu bildirilir. "Mənə borclusan" düşüncəsi ilə hərəkət edən və ya "Mənə heç vaxt təşəkkür etmirsən" deyərək davamlı minnətdarlıq gözləyən insanlar partnyorlarında narahatlıq və stress yaradırlar. Ekspertlər bu cür yanaşmaların sağlam münasibət balansını pozduğunu və səmimi bağları zəiflətdiyini vurğulayırlar.İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.