Serbiya Prezidenti Aleksandr Vuçiç mayın 17-18-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Serbiya Prezident Administrasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Serbiya dövlət başçısı Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak edəcək.
Açılış mərasimindən sonra A.Vuçiç BMT-nin yüksək vəzifəli rəsmilərinin, aparıcı qlobal şirkətlərin nümayəndələrinin, eləcə də davamlı inkişaf sahəsində fəaliyyət göstərən dünya miqyaslı vətəndaş cəmiyyəti aktorlarının çıxışlarında iştirak edəcək.
Mətləb