AZ

İtaliyada izdihamın üzərinə sürən şəxsin psixi problemi olub

BAKI, 17 may. TELEQRAF

İtaliyanın Modena şəhərində avtomobili insanların üzərinə sürərək 7 nəfəri yaralayan şəxsin psixi problemlərinin olduğu məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ildən nəzarətdə olan şəxsdə şizofreniya əlamətləri müşahidə olunub. Modena prefekti Fabrisiya Triolo onun heç bir müalicə almadığını açıqlayıb.

Məlumata görə, hadisəni törədən şəxs işsiz olub.

İtaliyanın nəqliyyat və infrastruktur naziri, baş nazirin müavini Matteo Salvini sürücünün İtaliyada mərakeşli ailədə doğulan Salim əl-Kudri olduğunu bildirib.

Hadisə zamanı avtomobil yüksək sürətlə insanların üzərinə sürülüb. Nəticədə azı 7 nəfər xəsarət alıb. Yaralananlardan dördünün vəziyyəti ağır qiymətləndirilir.

55 yaşlı qadının həyatı üçün təhlükənin olduğu, digər qadının isə hər iki ayağını itirdiyi qeyd olunub.

Saatda 100 kilometr sürətlə hərəkət edən sürücü hadisədən sonra qaçmağa çalışsa da, ətrafdakılar tərəfindən saxlanılıb. Polis onun üzərindən bıçaq aşkarlayıb.

Ona çoxsaylı insanın həyatına qəsd, ağır xəsarət yetirmə və soyuq silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Prokurorluq sürücünün insanların həyatını bilərəkdən təhlükəyə atdığını açıqlayıb.

Seçilən
106
teleqraf.com

1Mənbələr