AZ

Aleksandar Vuçiç bu gün Azərbaycana GƏLƏCƏK

Serbiya Prezidenti Aleksandar Vuçiç mayın 17-18-də Azərbaycanda səfərdə olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Serbiya Prezident Administrasiyasının Mətbuat Xidməti yayıb.

Bildirilib ki, Serbiya dövlət başçısı Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak edəcək.

Açılış mərasimindən sonra A.Vuçiç BMT-nin yüksək vəzifəli rəsmilərinin, aparıcı qlobal şirkətlərin nümayəndələrinin, eləcə də davamlı inkişaf sahəsində fəaliyyət göstərən dünya miqyaslı vətəndaş cəmiyyəti aktorlarının çıxışlarında iştirak edəcək.

Serbiya Prezidenti dövlət və hökumət başçılarının qatıldığı Forumun əsas hissəsi çərçivəsində çıxış edəcək. A.Vuçiçin həmçinin forum iştirakçıları və yüksək vəzifəli şəxslərlə bir sıra görüşləri planlaşdırılır. (Report.az)

Bizim.Media
 

Seçilən
3
3
bizim.media

7Mənbələr