AZ

Noyer növbəti dəfə dünya çempionatında oynayacaq?

“Bavariya”nın qapıçısı Manuel Noyer 2026-cı il dünya çempionatında iştirak etmək üçün Almaniya milli komandasına qayıdacaq.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberg məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, yığmanın baş məşqçisi Yulian Nagelsmann 40 yaşlı qolkiperə əsas heyətdə yer vermək qərarı qəbul edib. Tərəflər son həftələr ərzində bununla bağlı danışıqlar aparıblar.

Almaniya millisində ümid edirlər ki, Noyerin Bundesliqanın 38-ci turunda Kölnlə keçirilən və 5:1 hesabı ilə başa çatan matçda aldığı zədə ciddi olmayacaq.

Seçilən
56
publika.az

1Mənbələr