AZ

50 yaşdan sonra ilk dəfə ata olan məşhur aktyorlar

Bəzi Hollivud ulduzları ata sevincini həyatlarının daha gec dövründə yaşayıblar.

Bizim.Media xəbər verir ki, bir sıra məşhur aktyorlar 50 yaşdan sonra ilk dəfə valideyn olublar.

Onların arasında 56 yaşında ilk dəfə ata olan britaniyalı aktyor Hugh Grant, 51 yaşında övlad sahibi olan George Clooney və 54 yaşında ata olan Steve Martin yer alır.
 

Həmçinin Robert De Niro 79 yaşında yenidən ata olması ilə dünya mediasının diqqətini çəkmişdi. Al Pacino isə 83 yaşında ata olmuşdu.


Mütəxəssislər bildirirlər ki, son illər karyera və şəxsi həyat seçimləri səbəbindən məşhurlar arasında gec valideynlik halları daha da artıb.

Bizim.Media

Seçilən
24
bizim.media

1Mənbələr