BAKI, 17 may. TELEQRAF
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı "Baku Urban Award" adlı mükafat yaradılıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu ildən etibarən təsis edilib:
“Bundan sonra keçiriləcək hər forumda Bakının adı ilə bağlı bu mükafatın təqdimetmə mərasimi olacaq".