AZ

Venesuela Maduronun ən yaxın adamını ABŞ-a verdi

Venesuelalı iş adamı və keçmiş prezident Nikolas Maduronun müttəfiqi Aleks Saab rəsmi olaraq ABŞ-a deportasiya edilib.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, məlumatı Venesuelanın miqrasiya agentliyi SAIME yayıb. Hüquq-mühafizə orqanı əməkdaşının sözlərinə görə, Saab fevral ayında ABŞ-Venesuela birgə əməliyyatı zamanı Karakasda həbs edilib. Bu, ABŞ xüsusi təyinatlı qüvvələrinin Karakasda Maduronu ələ keçirməsindən bir ay sonra baş verib.

Reuters qeyd edir ki, Saabın həbsi və deportasiyası prezident səlahiyyətlərini icra edən Delsi Rodrigezin rəhbərliyi altında ABŞ və Venesuela hüquq-mühafizə orqanları arasında yeni bir əməkdaşlığın göstəricisidir. Agentlik həmçinin qeyd edir ki, Kolumbiya əsilli 54 yaşlı Saab əvvəllər 2020-ci ildə Kabo-Verdedə saxlanılıb və rüşvət ittihamı ilə ABŞ-da həbs edilib. 2023-cü ildə o, Venesuelada saxlanılan amerikalıların azad edilməsi müqabilində əfv edilib.

Mənbələrə görə, Saab ABŞ hakimiyyət orqanlarına Maduroya qarşı cinayət işini gücləndirəcək məlumatlar verə bilər. 

Musavat.com

Seçilən
40
3
musavat.com

10Mənbələr