AZ

Bakıda yeni beynəlxalq mükafat təsis olunur: WUF13-dən mühüm addım

"Bu ildən etibarən yeni bir mükafat təsis edirik və bundan sonra hər World Urban Forum çərçivəsində Bakı adı ilə bağlı bu mükafatın təqdimat mərasimi keçiriləcək".

Far.Az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasnda (WUF13) iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O həmçinin qeyd edib ki, bu dəfəki nazirlər iclası ilk dəfə fərqli formatda keçiriləcək:

"Bu dəfə nazirlərin iclası da ilk dəfə olaraq çox fərqli formatda təşkil olunacaq. Bunun üçün ayrıca tam bir gün ayrılıb. Bundan başqa bir sıra yeniliklər də var. Ona görə gözləntilərimiz böyükdür".

"Bakı bugün dünyanın müxtəlif yerlərindən gələn qonaqları və ən aktual mövzular ətrafında müzakirə aparmaq üçün buraya toplaşan insanları qarşılayır, məhsuldar iş üçün şərait və platforma yaradır. Məncə əsas məsələ də budur. Eyni zamanda, Bakıda və Azərbaycanda görülən işlər barədə də bura gələn qonaqlar fikir mübadiləsi apara biləcəklər",- deyə Anar Quliyev fikirlərinə əlavə edib.

Məlumat üçün bildirək ki, bu günədək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.

WUF13 mayın bu gün start götürür və 22 mayadək davam edəcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Seçilən
42
far.az

1Mənbələr