Qurban bayramı ərəfəsində pensiya və digər sosial ödənişlərin vaxtından əvvəl verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirilib. Bayram günlərinin ödəniş tarixləri ilə üst-üstə düşməsi vətəndaşlar arasında müəyyən suallar yaratsa da, rəsmi açıqlama gözləntiləri yekunlaşdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, mayın 27 və 28-nə təsadüf edən bayram günləri ilə əlaqədar ödəniş qrafikində hər hansı dəyişiklik nəzərdə tutulmur.
Qurum rəsmiləri bildirir ki, ölkə üzrə pensiya, müavinət və təqaüdlərin paylanması prosesi onsuz da hər ayın 27-si tarixinədək tam başa çatdırılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta