AZ

Kşiştof Şerski: Şəhərlər mənzil çatışmazlığı və iqlim dəyişikliyi təzyiqi altındadır

BAKI, 17 may. TELEQRAF

Bugünkü görüş qlobal şəhər gündəliyi üçün mühüm dövrə təsadüf edir.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın BMT yanında daimi nümayəndəsi, Yeni Şəhərsalma Proqramının siyasi bəyannaməsinin hazırlanması üzrə hökumətlərarası prosesin həmsədri Kşiştof Şerski XIII Ümumdünya Şəhərsalma Forumunda çıxışı zamanı bildirib.

O bildirib ki, Yeni Şəhər Gündəliyinin qəbulundan təxminən on il keçməsinə baxmayaraq, şəhərlər mənzil çatışmazlığı, bərabərsizlik, iqlim dəyişikliyinin təsirləri, məcburi köç və infrastruktur üzərində artan təzyiqlər kimi mürəkkəb problemlərlə üzləşməkdə davam edir. Bununla yanaşı, şəhərlər iqtisadi inkişaf, innovasiya və dayanıqlılıq mərkəzləri olaraq qalır.

“Yeni Şəhər Gündəliyinin uğurlu icrası yalnız qlobal öhdəliklərdən deyil, həm də milli və yerli səviyyədə effektiv fəaliyyətdən asılıdır. Bu proses hökumətlər, beynəlxalq təşkilatlar, yerli və regional hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, özəl sektor və BMT sistemi arasında güclü tərəfdaşlıq tələb edir.

Forum dayanıqlı şəhərlərin inkişafı ilə bağlı təcrübə və çağırışların paylaşılması üçün unikal platformadır. Məqsəd şəhərləri sosial həmrəyliyin, iqtisadi imkanların və müxtəlif risklərə qarşı dayanıqlılığın məkanına çevirməkdir. Ümid edirəm ki, bugünkü müzakirələr yüksək səviyyəli aralıq icmal prosesinə və siyasi bəyannamənin uğurla qəbuluna mühüm töhfə verəcək”.

Seçilən
70
teleqraf.com

1Mənbələr