"Yeni Şəhərsalma Proqramı qəbul edildikdən təxminən on il sonra dünya ictimaiyyəti getdikcə daha mürəkkəb problemlərlə üzləşməyə davam edir".
"Unikal" xəbər verir ki, bunu Polşanın BMT yanında daimi nümayəndəsi, Yeni Şəhərsalma Proqramının siyasi bəyannaməsinin hazırlanması üzrə hökumətlərarası prosesin həmsədri Kşiştof Şerski WUF13 çərçivəsində keçirilən nazirlərin görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qlobal gündəm üçün kritik əhəmiyyətli bir vaxtda keçirilir: "Forum bütün maraqlı tərəflərin görüşə, müzakirə apara, dayanıqlı şəhərlərin inkişafı ilə bağlı təcrübə və çağırışları bölüşə biləcəyi unikal platforma təqdim edir".
Ağarza Elçinoğlu