Hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır.
Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin mayın 17-si saat 09:30-a olan məlumatında belə deyilir.
Məlumata görə, düşən yağıntının miqdarı 40-55 millimetr qeydə alınıb ki, bu da aylıq normanın 203-279 faizini təşkil edir.