AZ

"Yeni ayaqlara ehtiyacım ola bilər" - Dünya çempionatında oynamaq şansı haqda

"Mançester Siti"nin müdafiəçisi Mark Guehi FA Kubokunun finalında “Çelsi” üzərində 1:0 hesablı qələbədən sonra danışıb.

Sportal.az xəbər verir ki, “BBC”yə açıqlama verən “şəhərlilər”in ingilis futbolçusu dünya çempionatında oynamaq şansı haqda da fikirlərini bölüşüb: 

"Hər kəslə inanılmaz dərəcədə fəxr edirəm. Klubumuzdakı hər kəs buna layiqdir. “Kristal Pelas”la qələbə tamamilə fərqli bir təcrübə idi. Bu, mənim ilk kubokum idi. Bu il çətin mövsümdən sonra kuboku qazandıq, ona görə də hər iki qələbə eyni dərəcədə möhtəşəmdir.

Dünya çempionatında oynamaq məsələsinə gəlincə, həyatda hər şey baş verə bilər. Yeni ayaqlara ehtiyacım ola bilər! Həyəcanlı anlar qabaqdadır. Hamı Xosep Qvardiolanın komandada qalmasını istərdi. O, futbol əfsanəsidir və mən gəldiyimdən bəri çox şey öyrənmişəm".

Qeyd etmək lazımdır ki, ötən ilki finalda Gehinin əvvəlki klubu “Kristal Pelas” “Mançester Siti”ni məğlub etmişdi. Bu isə London klubunun tarixində ilk kubok olmuşdu.

 

saytlarin hazirlanmasi

Seçilən
35
1
sportal.az

2Mənbələr