AZ

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başlayıb

BAKI, 17 may. TELEQRAF

Bu gün Bakı şəhəri qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevrilib. Paytaxtda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “WUF13Azerbaijan”ın “X” hesabında paylaşım edilib.

Məlumatda bildirilir ki, bu gündən etibarən qlobal liderlər, şəhərsalma üzrə ekspertlər, siyasətçilər, müxtəlif icma və tərəfdaşlar Bakıda bir araya gəliblər. Forumun əsas məqsədi şəhərlərin və yaşayış məskənlərinin gələcəyini formalaşdırmaq üçün dialoq və fəaliyyət platforması yaratmaqdır.

Qeyd olunub ki, növbəti günlər ərzində WUF13 bütün dünyanı “Dünyanı evlə təmin etmək: Təhlükəsiz və davamlı şəhərlər və icmalar” mövzusu ətrafında birləşdirəcək.

Sessiya çərçivəsində inklüziv şəhər inkişafı, dayanıqlı həll yolları və “heç kəsin kənarda qalmadığı” müasir şəhər modelinin qurulması istiqamətində ortaq öhdəliklər müzakirə olunacaq.

Seçilən
4
2
teleqraf.com

3Mənbələr