AZ

Krzysztof Şçerski: Siyasi öhdəliklər yenilənməlidir

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Yeni Şəhər Gündəliyinin icrası üçün siyasi öhdəliklərin yenilənməsi vacibdir".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Polşanın BMT-dəki daimi nümayəndəsi Krzysztof Şçerski Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısında səsləndirib.

O, toplantının qlobal şəhər gündəliyi üçün mühüm mərhələdə keçirildiyini və şəhərlərin getdikcə artan çağırışlarla üzləşdiyini vurğulayıb:

"Yeni Şəhər Gündəliyinin qəbulundan təxminən 10 il keçməsinə baxmayaraq, şəhərlərimiz mənzil çatışmazlığı, bərabərsizlik, iqlim dəyişikliyinin təsirləri, məcburi köç, eləcə də infrastruktur və əsas xidmətlərə artan təzyiqlərlə üzləşməkdə davam edir. Eyni zamanda, şəhərlər iqtisadi inkişafın, innovasiyanın və dayanıqlılığın əsas mərkəzləri olaraq qalır".

"BMT Baş Assambleyasının mandatına uyğun olaraq, bu il iyulun 16-17-də Nyu-Yorkda keçiriləcək Yeni Şəhər Gündəliyinin aralıq icmalı indiyədək əldə olunan irəliləyişlərin qiymətləndirilməsi, mövcud boşluqların müəyyənləşdirilməsi və siyasi öhdəliklərin yenilənməsi üçün mühüm imkan yaradacaq", - deyə çıxışçı vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
1
baku.ws

2Mənbələr