AZ

Rossbax Azərbaycana WUF13 tədbirinə görə təşəkkür etdi

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycan hökumətinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər səviyyəsində görüşünün təşkilinə görə təşəkkürünü bildirib.

"Cebheinfo.az"ın məlumatına görə, o bu barədə nazirlər görüşündə bəyan edib.

"İcazə verin, WUF13-ün açılış günündə Yeni Şəhər Gündəliyi üzrə bu mühüm nazirlər görüşünün təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirməklə başlayım", - o deyib.

Onun sözlərinə görə, 2026-cı il yalnız Yeni Şəhər Gündəliyinin icrasının yekunlarının qiymətləndirilməsi mərhələsi deyil, həm də inkişafın gələcək istiqamətinin müəyyən edilməsi üçün bir andır.

"Un-Habitat"ın rəhbəri vurğulayıb ki, Yeni Şəhər Gündəliyi mənzil və dayanıqlı urbanizasiya sahəsində əsas qlobal platforma olaraq qalıb:

"Şəhərlər və yaşayış məntəqələri yalnız çağırışların cəmləşdiyi yer deyil, həm də həllərin geniş miqyasda tətbiqi üçün bir meydandır".

"Cebheinfo.az" 

Seçilən
47
8
cebheinfo.az

10Mənbələr