Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Dövlətimizin başçısı Prezident Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına daim rifah və tərəqqi arzulayıb.
Qazaxıstan Prezidenti göstərilən diqqətə və səmimi təbriklərə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət başçıları, həmçinin mayın 15-də qədim Türküstan şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü məmnunluqla xatırlayıb, həmin tədbirin Türk dünyasında həmrəyliyin və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından önəmini qeyd ediblər.