AZ

Adib Benbrahim: Mərakeş mənzilə əlçatanlığı genişləndirmək niyyətindədir

Mərakeş dayanıqlı inkişafa, layiqli mənzil hüququna və iqlim dəyişikliklərinə uyğunlaşmağa diqqət yetirərək şəhər siyasəti modelinin həyata keçirilməsini davam etdirir.

"Report" xəbər verir ki, bunu Mərakeşin mənzil tikintisi məsələləri üzrə dövlət katibi Adib Benbrahim Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında çıxış edərkən bildirib.

"2050-ci ilə qədər dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayacaq, Afrikada isə bu göstərici daha yüksək olacaq", - o bildirib.

Benbrahim vurğulayıb ki, mənzil sahəsində bu, mənzilə əlçatanlığın genişləndirilməsində və sistemli islahatların aparılmasında öz əksini tapıb.

"Bu siyasət layiqli mənzil hüququna və şəhər inkişafına kompleks yanaşmaya əsaslanır", - o bildirib.

Benbrahim həmçinin gecəqonduların ləğvi və sosial mənzillərin tikintisi də daxil olmaqla, aparılan siyasətin konkret nəticələrini diqqətə çatdırıb.

"520 mindən çox sosial mənzil tikilib, 100 mindən çox ev təsərrüfatı isə rəqəmsal proqramlar vasitəsilə dəstək alıb", - o qeyd edib.

Seçilən
37
far.az

1Mənbələr