AZ

Bico Afo: Toqo Bakıda keçirilən WUF13-də beynəlxalq əməkdaşlığı genişləndirməyi planlaşdırır - EKSKLÜZİV

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) iştirak həm dövlətlərlə, həm də beynəlxalq təşkilatlarla gələcək əməkdaşlıq üçün potensial tərəfdaşlarla əlaqələr qurmağa imkan yaradır.

Bu barədə Toqonun şəhərsalma və mənzil siyasəti üzrə baş direktoru Bico Afo "Report"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Toqo urbanizasiya, torpaq islahatları, mənzil təminatı və şəhər mühitinin formalaşdırılması məsələlərində müxtəlif ölkələrin ekspertləri ilə təcrübə mübadiləsində maraqlıdır:

"Biz digər ölkələrin mənzil və şəhər mühiti sahəsində dövlət siyasəti ilə tanış olmaq, həmçinin Toqoda da tətbiq oluna biləcək təcrübələri müzakirə etmək istərdik".

B.Afo, həmçinin şəhərlərin dayanıqlı inkişafı, iqlim dəyişikliklərinə davamlılığın artırılması və mənzil siyasətinin təkmilləşdirilməsi məsələlərində əməkdaşlığın vacibliyini vurğulayıb.

Seçilən
28
far.az

1Mənbələr