AZ

DİM gecikənlərin imtana buraxıldığını desə də, onlar təkzib edir Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda hökm sürən əlverişsiz hava şəraiti magistraturaya qəbul imtahanında ciddi narazılığa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, güclü yağış səbəbindən bir çox bakalavr imtahan binalarına vaxtında çata bilməyib.

Dövlət İmtahan Mərkəzi (DİM) məsələ ilə bağlı rəsmi açıqlama yayaraq, hava şəraiti nəzərə alınmaqla gecikən şəxslərin imtahanda iştirakının təmin olunduğunu elan edib.

Lakin qurumun sözügedən bəyanatından sonra imtahan verən gənclərin yaxınları və valideynlər sosial şəbəkədə bunu təkzib ediblər. Onların sözlərinə görə, rəsmi açıqlamaya baxmayaraq, imtahan mərkəzlərinin qapıları gecikən bakalavrların üzünə bağlanıb və onlar içəri buraxılmayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
3
qafqazinfo.az

5Mənbələr