AZ

Hindistan nümayəndəsi: Aşağı təminatlı ailələr üçün mənzil təminatını minimuma endirə bilərik

Bakı, 17 may, AZƏRTAC

Şəhər əhalisi bir çox mənzil problemləri ilə üzləşir və biz həmişə qeyd deyirik ki, mənzil əlçatanlığı çox vacib məsələdir. Çünki şəhər ərazisində torpaq sahəsi məhduddur.

Bizdə müxtəlif əlçatan mənzil modelləri var ki, burada əsasən aşağı təminatlı ailələr üçün mənzil xərclərini həqiqətən azalda və subsidiyalaşdıra bilərsiniz. Dünyada əhalinin mənzillə təmin edilməsi çox çətin məsələdir, amma biz aşağı təminatlı ailələr üçün mənzil təminatını minimuma endirə bilərik.

Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Yeni Dehlidəki Hindistan Şəhərsalma İnstitutunun Şurasının üzvü Şantapa Balappa Honnur deyib.

“Azərbaycan gözəl bir ölkədir və düşünürəm ki, burada aparılan şəhərsalma prosesləri - xüsusilə “ağıllı” həll yollarından istifadə etməklə - aşağı təminatlı ailələr üçün mənzil təminatına töhfə verməkdə çox yaxşı rol oynaya bilər” - deyə hindistanlı qonaq vurğulayıb.

Seçilən
53
2
azertag.az

3Mənbələr