AZ

Türkiyədə pensiyaçılara bayrama görə pul veriləcək

Türkiyədə pensiyaçılara bayram hədiyyəsi veriləcək. Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, bu kampaniya 17 milyon 700 min insanı əhatə edəcək. Nazirlik bayram hədiyyəsinin məbləğini açıqlayıb. Məlum olub ki, hər bir təqaüdçü bayram münasibətilə pensiyasından əlavə 4 min lirə (təxminən 160 AZN) mükafat alacaq. Bu məqsədlə büdcədən 65 milyard lirə vəsait ayrılıb.

Qeyd edək ki, Türkiyə hökuməti Ramazan bayramında da təqaüdçüləri yaddan cıxarmamışdı. İki ay əvvəl hər bir pensiyaçıya 4 min lirə məbləgındə bayram hədiyyəsi verilmişdi.

Seçilən
32
metbuat.az

1Mənbələr