"WUF13 dünyanın artan şəhərsalma, humanitar və ekoloji çağırışlarla üzləşdiyi bir dövrdə təşkil olunur".Bu fikirləri Metbuat.az-ın sualına cavab olaraq Fələstinin Yerli İdarəetmə naziri Sami Həccavi Bakıda keçirilən Dünya Şəhərsalma Forumunda deyib. Nazir bildirib ki, əvvəlki forumlarla müqayisədə builki tədbir xüsusi əhəmiyyət daşıyır:"Bakıda hökumətlər, nazirlər və beynəlxalq təşkilatlar arasında güclü beynəlxalq iştirak və mühüm dialoq platforması müşahidə edilir. Azərbaycanın və iştirakçı ölkələrin nümayiş etdirdiyi həmrəylik və əməkdaşlıq ruhu çox güclüdür. Burada müzakirələr yalnız şəhərlər və mənzil məsələləri ilə məhdudlaşmır, eyni zamanda davamlılıq, ədalət, dayanıqlı inkişaf, eləcə də münaqişə və böhranlardan təsirlənmiş icmaların gələcəyini əhatə edir".Nazir əlavə edib ki, forum beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və dünya üzrə daha inklüziv, dayanıqlı və davamlı şəhərlər üçün praktiki həllərin təşviqinə mühüm töhfə verə bilər.Gülbəniz Hüseynli /Mətbuat.az