Latviya hava məkanında naməlum pilotsuz uçuş aparat (PUA) aşkar edilib.
"Ölkə.az" xəbər verir ki, bu barədə Latviya silahlı qüvvələri məlumat yayıb.
Məlumatda bildirilir ki, naməlum PUA ölkənin hava məkanına daxil olduqdan bir qədər sonra ərazini tərk edib.
Ölkənin şərqində hava həyəcanı elan edilib. Hava məkanını patrul etmək üçün NATO qırıcı təyyarələri havaya qaldırılıb.
Dövlət televiziyasının məlumatına görə, mayın 10-da Latviyanın müdafiə naziri Andris Spruds Baltikyanı respublikanın hava məkanına 7 may gecəsi daxil olan Ukrayna dronlarının vurulmamasından sonra istefa verib.
Elvin
Ölkə.az