İspaniyalı Xabi Alonso İngiltərənin "Çelsi" klubunun baş məşqçisi təyin olunub.
BAKU.WS xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Alonso iyulun 1-də klubda işə başlayacaq. Onun yeni komandası ilə müqaviləsi dördillikdir.
"Çelsi-də istedadlı oyunçular çoxdur və klubun böyük potensialı var. "Çelsi"yə rəhbərlik etmək mənim üçün böyük şərəf olacaq", - deyə X.Alonso bildirib.
44 yaşlı Alonso 2025-ci ilin mayında "Real"a (İspaniya) rəhbərlik etsə də, klub onu bu ilin yanvar ayı istefaya göndərmişdi.